Həddindən artıq istilərdən 100-dən çox adam öldü
Malidə son həftələr davam edən isti hava səbəbindən 100-dən çox insan həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Təkcə paytaxt Bamakodakı Qabriel Ture Xəstəxanası istidən ölən 102 qurbanı qəbul edib.
Keçən həftə ölkənin cənub-qərbindəki Kayes şəhərində havanın temperaturu 48,5 dərəcə Selsi qeydə alınıb ki, bu da müşahidələr zamanı bütün Afrika üzrə aprel ayı üçün tarixi maksimum olub. Ən isti üç gündə 250-dən çox insanın həddindən artıq istidən öldüyü barədə hələ də təsdiqlənməmiş məlumatlar var.
Yusif EYVAZLI