ABŞ Netanyahunun Rəfah planına qarşı çıxdı: "Son nəticədə İsrailin təhlükəsizliyinə zərər verəcək"

 22:11 08.04.2024     332

İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyatın başlama tarixi barədə ABŞ-yə məlumat verməyib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.

O, Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahunun əməliyyatın tarixinin artıq müəyyənləşdiyi barədə sözlərini şərh edərkən, “bildiyim qədər, bu tarix bizə bildirilməyib” deyib.

“Biz onların Rəfahdakı 1,4 milyon mülki əhali ilə mübarizə üçün etibarlı plan təqdim etdiklərini hələ görməmişik. Biz İsrailə açıq şəkildə bildirdik ki, Rəfahın genişmiqyaslı hərbi işğalı bunlara inanılmaz dərəcədə mənfi təsir göstərəcək. Mülki şəxslərə və son nəticədə İsrailin təhlükəsizliyinə zərər verəcəkdir”, - Miller bildirib.

Xatırladaq ki, daha əvvəl Netanyahu bildirib ki, İsrail Qəzza zolağının Misirlə sərhəddində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planlarından əl çəkmir, başlama tarixi artıq müəyyənləşib. Lakin o, konkret tarixlər açıqlamayıb.

Turan İSMAYIL