Qazaxıstanda qarayara xəstəliyinin yayılması təhlükəsi artıb

 22:20 08.04.2024     293

Son 80 ildə qeydə alınan rekord daşqınlar nəticəsində Qazaxıstanda qarayara xəstəliyinin aşkar edildiyi məzarlıqlar açılıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Qərbi Qazaxıstan vilayətinin (WKO) baytarlıq idarəsinin baytarlıq və sanitar təhlükəsizlik şöbəsinin müdiri Nurkayir Kusaynova təhlükəli xəstəliyin yayılma təhlükəsi barədə xəbərdarlıq edir.

Onun hesablamalarına görə, Qazaxıstan ərazisində sular 8 iribuynuzlu mal-qaranın məzarlığını və 14 qarayara məzarını basıb. Onların əksəriyyəti ölkənin Sırım rayonunda yerləşir. Mütəxəssis izah edir ki, qarayara sporları uzun müddət torpaqda qala bilər. Risk zonasında olan bütün mal-qaranın infeksiyaya qarşı peyvənd olunduğu və baytarların nəzarətində olduğu qeyd edilir.

Yusif EYVAZLI