Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək

 22:47 08.04.2024     296

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin spikeri Ani Badalyan bildirib.

"Xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək", - Badalyan qeyd edib.

Yusif EYVAZLI