"Çin heç vaxt beynəlxalq münaqişələri gənginləşdirmir"
"Beynəlxalq siyasətdə Çin heç vaxt konkret münaqişənin gərginləşməsinə səbəb ola biləcək addımlar atmır".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Pekində danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Vurğulamaq istərdim ki, məsuliyyətli böyük güc kimi Çin həmişə məsələnin mahiyyətindən çıxış edir və öz mövqeyini beynəlxalq münaqişələrlə bağlı müstəqil şəkildə müəyyən edir. Çin beynəlxalq münaqişələrdə konstruktiv rol oynamağa sadiqdir, arenada və çoxtərəfli formatlarda biz heç vaxt beynəlxalq münaqişələrdə atəşə yanacaq qatmırıq, bundan faydalanmırıq”, - deyə Van Yi qeyd edib.
O qeyd edib ki, Pekin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, həmçinin beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarını müdafiə edir.
Humay İSGƏNDƏRLİ