Rusiyada su basmış yaşayış binalarının sayı 10 mini keçdi
Rusiyada daşqınlar nəticəsində su basan yaşayış binalarının sayı 10 550-yə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Aprelin 9-da səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının 37 regionunda 226 yaşayış məntəqəsində 10 550 yaşayış binası və 19 139 təsərrüfat sahəsini su basıb.
Xatırladaq ki, aprelin 5-də axşam saatlarında Orskda Ural çayı üzərindəki bənd qırılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Orskdakı vəziyyəti kritik adlandırıb.
Humay İSGƏNDƏRLİ