Türkiyə İsrail mallarına embarqo qoydu
Türkiyə İsrailə qarşı embarqo tətbiq edib.
Redaktor.az xəbər verir ki, hökumətin qərarına əsasən, 9 aprel 2024-cü ildən etibarən 54 adda məhsulun İsrailə ixracı qadağan olunub.
Ticarət Nazirliyinin məlumatına əsasən, Türkiyə İsrailə alüminium profillər, alüminium məftillər, mis profillər, çubuqlar və məftillər, beton qarışdırıcılar, polad borular və fitinqlər, polad məftil, polad konteynerlər, dəmir və poladdan hazırlanmış bütün tikinti materialları, elektrik kabelləri və s. məhsulun ixracını dayandırıb.