İŞİD Çempionlar Liqasını terrorla HƏDƏLƏDİ

 14:19 09.04.2024     297

İŞİD aprelin 9-u və 10-da keçiriləcək Çempionlar Liqasının oyunlarında terror aktları törətməklə hədələyir.

Redaktor.az xəbər verir ki, bu barədə "Marca" nəşri yazır.

Qarşılaşmalarla bağlı planlar davam edir. Aprelin 9-da İspaniya hökumət komissiyasının rəsmi iclası keçiriləcək və bu iclasda əlavə təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə qərar veriləcək.

Qeyd edək ki, aprelin 9-da Londonun "Arsenal"ı "Bayern", "Real" isə "Mançester Siti" ilə qarşılaşacaq.

Aprelin 10-da isə Parisin PSJ klubu Kataloniya "Barselona"sı ilə, "Atletiko Madrid" isə Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.

Çempionlar Liqasının hazırkı qalibi ötən mövsüm "İnter"i məğlub edən "Mançester Siti"dir.

Vumart və Güvən reklamı Vumart Güvən