ABŞ ələ keçirdiyi İran silahlarını bu ölkəyə verdi
ABŞ Yəməndə husilərə göndərilərkən ələ keçirdiyi İran silahlarını Ukraynaya təhvil verib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, 4 aprel 2024-cü ildə ABŞ hökuməti Ukrayna Silahlı Qüvvələrinə 5000-dən çox AK-47 avtomatı, pulemyotlar, snayper tüfəngləri, RPQ-7 qumbaraatanları və 500 mindən çox 7,62 mm çaplı patron verib.
Bu silahların “Ukraynanın Rusiya işğalından qorunmasına kömək edəcəyi" diqqətə çatdırılıb.
Məlumatda bu silah-sursatın 2021-2023-cü illərdə İranın İnqilab Keşikçiləri Korpusu vasitəsilə husilərə verildiyi, sonradan isə müsadirə edildiyi bildirilir.
“İranın silahlı qruplaşmalara dəstəyi beynəlxalq və regional təhlükəsizliyi, qüvvələrimizi, bölgədəki diplomatik personalımızı və vətəndaşlarımızı, eləcə də tərəfdaşlarımızın vətəndaşlarını təhdid edir. İranın sabitliyi pozan fəaliyyətini dayandırmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - məlumatda deyilir (APA).