Pentaqon ABŞ-nin nüvə hərbi kompleksinin hazırkı modernləşdirilməsindən narazıdır

 19:23 09.04.2024     236

Birləşmiş Ştatların nüvə müdafiə kompleksinin modernləşdirilməsi üzrə cari səylər kifayət qədər görünmür və genişləndirilməsi tələb olunur.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu müdafiə naziri Lloyd Ostin və ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun deyib.

Pentaqon rəhbəri ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində çıxışı zamanı deyib:

“Biz həmçinin komissiyanın hazırkı proqramın zəruri, lakin ola bilsin ki, yetərli olmadığı barədə qiymətləndirməsi ilə razıyıq”.

Ostin ilə dinləmələrdə iştirak edən Braun, "mən onların nüvə modernləşdirməmizin zəruri, lakin kafi olmadığı barədə qiymətləndirmələri ilə razıyam" deyib.

Onlar 2023-cü ilin sonunda dərc edilmiş ABŞ-nin nüvə doktrinasını nəzərdən keçirmək üçün Konqresin ekspert komissiyasının nəticələrini şərh ediblər. Komissiya iddia edirdi ki, Birləşmiş Ştatlar öz nüvə arsenalını, o cümlədən operativ şəkildə yerləşdirilən döyüş başlıqlarını artırmalı və bir sıra strateji hərbi texnikanın istehsalının miqyasını genişləndirməlidir.

T.İSMAYIL