Sərnişin təyyarəsi uçuş zamanı quş sürüsü ilə TOQQUŞDU
“JetStar Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxarkən quş sürüsü ilə toqquşub.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, hadisənin Avstraliyanın Qold Sahil şəhərində baş verdiyi bildirilir.
Quşların zərbəsinə baxmayaraq, ekipaj uçuşu davam etdirmək qərarına gəlib. Sidneydəki təyinat hava limanına eniş uğurlu olub.
Yusif EYVAZLI