Bayden Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

 21:55 09.04.2024     311

ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb və bunu Rusiya Federasiyasının xaricdəki zərərli fəaliyyəti ilə izah edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Amerika prezidentinin qərarı sanksiyaların müddətini daha bir il uzadıb.

Xəbərdə Rusiya hökumətinin zərərli xarici fəaliyyətlə məşğul olduğu bildirilib.

Bundan əlavə, Bayden hesab edir ki, Rusiya ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün ifrat təhlükə yaradır.

Yusif EYVAZLI