Rusiya DİN jurnalisti axtarışa verdi

 23:22 09.04.2024     339

Barəsində Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında yalan məlumatların açıq şəkildə yayılması maddəsi ilə cinayət işi açılan jurnalist Mixail Zıqar (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) axtarışa verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında deyilir.

"Mixail Viktoroviç Zıqar Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır", - məlumat bazasında deyilir. Eyni zamanda, axtarışın konkret hansı maddə ilə aparıldığı göstərilmir.

Qeyd edək ki, martın ortalarında SHOT teleqram kanalının müəllifləri mənbə göstərmədən yazmışdılar ki, jurnalistə qarşı ordunu “diskreditasiya” maddəsi ilə cinayət işi açılıb (Cinayət Məcəlləsinin 280.3-cü maddəsi). İddialara görə, buna səbəb Zıqarın instaqram səhifəsində rus əsgərləri tərəfindən Ukraynanın Buça yaşayış məslənində mülki əhalinin qətli və zorlanması ilə bağlı paylaşımı olub.

Turan İSMAYIL

2