Tehran qisas alarsa, İsrail İranın nüvə obyektlərinə zərbə ilə cavab verəcək - KİV

 23:57 09.04.2024     374

Tehran general Məhəmməd Rza Zahidinin Dəməşqdə öldürülməsinin qisasını almağa qərar verərsə, İsrail İranın nüvə obyektlərinə zərbə endirməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti Qərb təhlükəsizlik agentliklərindəki mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna zərbə endirib. Nəticədə yeddi hərbi müşavir - generallar Məhəmməd Rza Zahidi və Məhəmməd Hadi Hacı Rəhimi, həmçinin digər beş zabit həlak olub.

T.İSMAYIL