İsrail XİN İrana xəbərdarlıq etdi
İsrail xarici işlər naziri İsrael Katz İranın onun ölkəsinə hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, İsrail XİN rəhbəri bu barədə "X" hesabında paylaşım edib.
"İran öz ərazisindən hücum edərsə, İsrail buna reaksiya verəcək və İrana hücum edəcək", - paylaşımda bildirilib.
İsrail xarici işlər naziri paylaşımına İranın Ali Rəhbəri Seyid Əli Xameneinin səhifəsini etiketləyib.
Qeyd edək ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei Tehranın bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasını bombaladığı üçün İsraildən qisas alacağını deyib.
Xamenei Ramazan bayramını qeyd etmək üçün böyük izdihamın toplaşdığı Tehranın Böyük Məscidində bayram namazından xütbəsində "İsrail cəzalandırılmalıdır və cəzasını da alacaq" - deyə bildirib.