İran nüvə silahının yaradılmasına daha çox yaxındır
İran 2018-ci ildən bugünədək nüvə silahının yaradılmasına daha çox yaxındır.
Redaktor.az xəbər verir ki, bu barədə “Washington Post”da (WP) dərc olunan məqalədə deyilir.
Məqalədə istinad olunan sənədlərə əsasən, hazırda Tehranda azı üç atom bombası üçün zənginləşdirilmiş uranın kifayət qədər ehtiyatı var.
İddiaya görə, ölkədə zənginləşdirilmiş uran istehsalı rekord sürətlə həyata keçirilir və nüvə yanacağının ümumi ehtiyatları artmaqda davam edir.
“Tehranın bu cür silahların yaradılmasında uğur qazanması Yaxın Şərqdə silah yarışına, gələcəkdə bölgənin böyük təhlükə altında qalmasına səbəb olacaq”, - yazıda qeyd edilir.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət, tərk-silah və yayılmaması üzrə baş direktoru Pranay Vaddi deyib ki, Vaşinqtonun siyasəti İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib. (report)