Qaqauz elinin rəhbəri SAXLANILDI

 12:58 11.04.2024     403

Rusiyadan qayıdan Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Kişinyov hava limanında saxlanılıb.

Redaktor.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, onun Kişinyov hava limanında sənədlərin yoxlanılması zonasından çıxmasına icazə verilmir.

Qeyd edək ki, aprelin 2-də Moldovada Qutsula qarşı qadağan olunmuş Şor Partiyasının maliyyələşdirilməsində pozuntulara görə ittiham irəli sürülüb.

Bundan əvvəl o, Rusiyada səfərdə olub və orada Kişinyovda indiki hökumətə qarşı bir neçə sərt bəyanatlar verib.