HƏMAS liderinin üç oğlu Qəzzada HƏLAK OLDU

 13:11 11.04.2024     243

Qəzza zolağında hakimiyyətdə olan Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

"Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsi İsrailin Qəzzanı atəşə tutması nəticəsində həlak olub", - məlumatda deyilib.

Bundan əlavə, hücumun Qəzza şəhərinin şimal-qərbindəki Şati qaçqın düşərgəsində baş verdiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Fələstinin HƏMAS qrupu İsraillə təklif olunan atəşkəs razılaşmasının bir hissəsi olaraq 40 girovu azad etməkdən imtina edib.