Rusiyada bu şəxslərin vətəndaşlığına xitam veriləcək

 15:24 11.04.2024     358

Vətəndaş andını pozanların Rusiya vətəndandaşlığı ləğv ediləcək.

Redaktor.az xəbər verir ki, vətəndaş andını pozduğuna görə sonradan əldə edilmiş Rusiya vətəndaşlığına xitam verilməsi haqqında qanun layihəsi hazırlanıb.

 

Qanun layihəsinin müəllifləri deputatlar Mixail Matveev, Oleq Nilov, Mixail Delyagin və Sergey Obuxovdur.

Layihə müzakirə olunması üçün Dövlət Dumasına təqdim edilib.