Nigerdə mina partlaması nəticəsində 6 əsgər öldü

 19:50 11.04.2024     227

Nigerdə ordunun 6 əsgəri mina partlaması nəticəsində həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Maghreb Arab Press” xəbər agentliyi məlumat yayıb.

Hərbi patrul avtomobili Tinqara kəndi yaxınlığında (Qonşu Mali ilə sərhəddən çox da uzaq olmayan İnates bölgəsində) yola döşənmiş minaya düşüb. Partlayış nəticəsində 6 əsgər həlak olub, daha bir neçəsi yaralanıb.

Ordu hava kəşfiyyatından istifadə edərək terrorçuların yerini müəyyənləşdirib və onlara qarşı zərbələr endirib. Nəticədə on nəfərə yaxın yaraqlı məhv edilib və onların texnikası sıradan çıxarılıb.

İnates ərazisi silahlı terrorçuların müntəzəm olaraq Niger hökumət ordusunun bazalarına və düşərgələrinə hücum etdiyi Tillaberi bölgəsində yerləşir.