Dünyanın ən varlı qadınlarından biri Vyetnamda edam olunacaq

 10:46 12.04.2024     342

Vyetnamda əmlak maqnatı Truonq May Lan ölkənin ən böyük banklarından birini 11 il ərzində talamaqda günahlandırılaraq ölüm cəzasına məhkum edilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Vyetnam Xalq Məhkəməsi məlumat yayıb.

 

Məhkəmə sənədlərində deyilir ki, o, Saiqon kommersiya bankından 44 milyard dollar kredit götürüb və 27 milyard dollar geri qaytarmalı imiş, lakin pul geri ödənməyib.

Ölkənin ən varlı qadınlarından biri olan 67 yaşlı Truonq May Lan ittihamları rədd edib və apellyasiya şikayəti verəcəyini bildirib.