Rusiya bu ölkənin diplomatını qovdu
Rusiya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq Sloveniyanın Moskvadakı diplomatik missiyasının bir əməkdaşını "persona non-grata" (arzuolunmaz şəxs) elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya Xarici Siyasət İdarəsi bəyan edib ki, bu, Lyublyana tərəfindən Rusiya-Sloveniya əlaqələrini pozmağa yönəlmiş növbəti qeyri-dost addımdır.
Rusiyanın respublikadakı səfirliyinin əməkdaşının əsassız olaraq akkreditasiyadan məhrum edilməsi ilə bağlı Sloveniya səfirinə etiraz elan edilib.