Ermənistan Ordusunun hərbçiləri qəzaya düşdü, ölənlər var

 19:24 12.04.2024     354

Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb, ölənlər var.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydə alınıb. “Ural” markalı yük avtomobili naməlum şəraitdə yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində, ilkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.