Rusiya qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirdi

 21:21 12.04.2024     444

Rusiyanın Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Həştərxan vilayətindəki 4-cü poliqondan qitələrarası ballistik raket uğurla buraxılıb.

"Əldə edilən nəticələr Rusiya Federasiyasının strateji təhlükəsizliyinin təmin edilməsində Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir. Raket buraxılışının tapşırıqları tam şəkildə yerinə yetirilib", - məlumatda deyilir.