Roberto Kavalli vəfat etdi

 23:36 12.04.2024     334

İtaliyalı məşhur modelyer Roberto Kavalli vəfat edib.

Redaktor.az “La Repubblica”ya istinadən xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kavalli 1970-cı ildə öz adı və soyadına uyğun geyim brendini təsis edib.

Brendin debütü 1971-ci ildə baş tutub.