Antalyada kanat yolundan təxliyə edilənlərin sayı 98-ə çatıb

 09:45 13.04.2024     196

Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların xilas edilməsi əməliyyatı davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Onun sözlərinə görə, strukturun dayaqlarından birinin uçması nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün olub.

Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici də cəlb olunub.

Qeyd edək ki, ürkiyənin Antalya vilayətində funikulyor yüksəklikdən aşıb, bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Qeyd olunub ki, hadisə Antalyanın qərbindəki Konyaaltı çimərliyindən dağa qalxan liftdə baş verib. Antalya Böyükşəhər Bələdiyyəsinə məxsus kanat yolunun dirəklərindən biri qoparaq kabinəyə dəyib. Kabinənin döşəməsi qırılan zaman içəridə olan səkkiz nəfər bir neçə metr hündürlükdən yerə yıxılıb.

“Naməlum səbəbdən bir kabinə hərəkət edərkən qırılıb düşüb”, - deyə məlumatda bildirilib.

Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım briqadaları gəliblər.

Şahidlərdən biri bildirib ki, lift xarab olmazdan əvvəl o, partlayışa oxşayan səs eşidib, bundan sonra kabinə çox güclü silkələnib.