"Təcili İranı tərk edin” - Bu ölkənin vətəndaşlarına XƏBƏRDARLIQ

 11:40 13.04.2024     234

İsrail və İran arasında gərginlik artdıqca, İranın cavab hücumu ölkələri hərəkətə keçirib.

Redaktor.az  xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Almaniya vətəndaşlarına İranı tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Bildirilib ki, Tehranla İsrail arasında mövcud gərginliyin birdən-birə artması riski var.

"Almaniya vətəndaşları əsassız həbs, sorğu-sual və uzunmüddətli həbs cəzası riski altındadır. Xüsusilə İran və Almaniya vətəndaşlığı olan ikili vətəndaşlar risk altındadır", - bəyanatda deyilir.

Gərginliyin artması səbəbindən hava, quru və dəniz nəqliyyat yollarının da təsir edə biləcəyi vurğulanıb.