Bu ölkədə 5,5 ballıq zəlzələ oldu
Çinin Sincan-Uyğur Muxtar Vilayətinin qərbində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Xotan şəhərindən 434 kilometr cənub-şərqdə, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib.