İran Hörmüz boğazında gəminin ələ keçirilməsində ittiham olunur

 15:00 13.04.2024     241

İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Argus” qəzeti məlumat yayıb.

Bildrilib ki, qrupun gəmiyə endirilməsi üçün İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu iddia edilən helikopterdən istifadə olunub.

Qeyd edilib ki, Portuqaliya bayrağı altında üzən “MCS Aries” konteyner gəmisi israilli milyarder Eyal Oferin sahib olduğu “Zodiac Maritime”a məxsusdur.

Nəşrin məlumatına görə, hadisə böyük ehtimalla İsraillə İran arasında gərginliyin artması nəticəsində baş verib.