Fransa vətəndaşlarına çağırış etdi
Fransa Xarici İşlər Nazirliyi çağırış edib.
Redaktor.az xəbər verir ki, çağırışda Fransa vətəndaşlarına İran, Livan, İsrail və Fələstin ərazilərinə getməkdən qəti şəkildə çəkinmələri bildirilib.
Bəyanatda deyilib ki, Fransa xarici işlər naziri Stefan Sejourne Tehrandakı diplomatların, onların ailələrinin geri qaytarılmasına təşəbbüs göstərilməsi və İrana rəsmi tapşırıqların dayandırılması barədə göstəriş verib.