İrakli Qaribaşvili Prezidenti dövlət əleyhinə fəaliyyətdə ittiham etdi

 16:32 13.04.2024     357

Hakim “Gürcü arzusu” Partiyasının sədri İrakli Qaribaşvili Prezident Salome Zurabişvilinin Lazar Qriqoriadisini əfv etməsini dövlət əleyhinə atılan addım kimi qiymətləndirib.

Redaktor.az bildirir ki, bu barədə “İnterfaks”a məlumat yayıb.

“Prezident Salome Zurabişvilinin verdiyi əfv qərarı bir polisə “Molotov kokteyli” atan və onu diri-diri yandırmaq istəyən adamı əfv etməsi kimi qiymətləndirilə bilər”, - o vurğulayıb.

Onun sözlərinə görə, S.Zurabişvilinin yenidən seçilməsinə qalan bir neçə ay ərzində onun prezident səlahiyyətlərini necə yerinə yetirə biləcəyi mənə aydın deyil.

İ.Qaribaşvili qeyd edib ki, Gürcüstan Prezidenti radikal müxalifətlə koordinasiyalı şəkildə hərəkət edir.

Xatırladaq ki, ötən gün S.Zurabişvili “Pirveli” telekanalına müsahibəsində məhkum L.Qriqoriadisini əfv edəcəyini açıqlayıb.