Almaniya Ukraynaya daha bir “Patriot” sistemi göndərəcək

 18:06 13.04.2024     222

Almaniya tezliklə Ukraynaya öz ehtiyatlarından daha bir “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə DPA Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, indiyədək Ukrayna Almaniyadan iki “Patriot” sistemi alıb.