Britaniya İsraili qorumaq üçün əlavə qırıcılar göndərdi
Böyük Britaniyanın Müdafiə Nazirliyi Kral Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki döyüş təyyarələrinin İran tərəfindən buraxılan PUA-ları və raketləri vuracağını bildirib.
Redaktor.az-ın məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Britaniya İranın İsrailə hücumuna cavab olaraq Yaxın Şərqə Kral Hərbi Hava Qüvvələrinə əlavə qırıcılar göndərib.
Daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.