ABŞ İsrailə uçan İran PUA-larını VURDU

 03:29 14.04.2024     354

ABŞ-nin hərbi qüvvələri İranın İsrailə doğru uçan bir neçə pilotsuz uçuş aparatını ( PUA) vurub.

Redaktor.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.