İran yenə İsrailə PUA-larıla hücum etdi
İranın silahlı qüvvələri növbəti dəfə İsrailə PUA-larla hücum edib.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Al Hadath" telekanalı xəbər yayıb.
Məlumata görə, pilotsuz təyyarələr İraqın İranla sərhəddə yerləşən Maysan əyaləti üzərində uçuşlar həyata keçirir.
Daha əvvəl bildirilmişdi ki, onlarla İran pilotsuz təyyarəsi İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçur. İrandan buraxılan döyüş başlıqları daşıyan pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.