İranın BMT-dəki daimi nümayəndəsi İsraildən hərbi cavab gözləmir

 09:37 15.04.2024     238

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani İslam Respublikası tərəfindən pilotsuz təyyarələr və raketlərin buraxılmasına İsraildən hərbi cavab gözləmir. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə o, "Sky News"a bildirib .

“Cavab vermək bizim qanuni hüququmuz idi, çünki diplomatik nümayəndəliklərimizə qarşı təcavüzü məhz onlar başladılar”, - İranın daimi nümayəndəsi vurğulayıb. 

Qeyd edək ki,aprelin 14-də İsrailin Dəməşqdəki İran səfirliyinin konsulluq bölməsinə hücumundan sonra İran İsrail ərazisinə pilotsuz təyyarələr və raketlərlə kütləvi hücum edib.

Humay İSGƏNDƏRLİ