İran prezidenti Pakistana səfər edəcək

 09:38 15.04.2024     220

İran prezidenti İbrahim Rəisi aprelin 22-də Pakistana iki günlük səfər etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən “ The News International” qəzeti məlumat yayıb.

Mənbələr nəşrə bildiriblər ki, səfərin qrafiki hələ İslamabad və Tehran tərəfindən rəsmi olaraq açıqlanmayıb, lakin Rəisinin Pakistana səfər planı artıq təsdiqlənib. Pakistan Xarici İşlər Nazirliyi də gözlənilən səfəri təsdiqləyib.

Rəisi ilə Şahbaz Şərif arasında danışıqların əsas mövzusunun Yaxın Şərqdəki son hadisələr və regional təhlükəsizliyin olacağı gözlənilir. Gündəliyə həmçinin ikitərəfli münasibətlər, təhlükəsizlik sahəsində əməkdaşlıq, qaz kəmərinin tikintisi və azad ticarət sazişinin müzakirələri daxildir.

Humay İSGƏNDƏRLİ