Kəpəz bələdiyyəsinin sədri həbs olundu
Türkiyənin Antalya şəhərinin Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz funikulyor qəzası ilə əlaqədar həbs edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti yazıb.
Antalyadakı funikulyor qəzası ilə əlaqədar keçirilən məhkəmədə Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz də daxil olmaqla beş nəfər həbs olunub, yeddi nəfər sərbəst buraxılıb.
Qeyd edək ki, martın 31-də 56 yaşlı Mesut Kocagöz Cümhuriyyət Xalq Partiyasından (CHP) Kəpəz bələdiyyəsinə sədr seçilib. O həmçinin funikulyora cavabdeh “Anet” şirkətinin (bələdiyyəyə məxsusdur) idarə heyətinin sədri olub.
Xatırladaq ki, aprelin 13-də Antalyada baş vermiş funikulyor qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb (report)