Oyuncaq tapança ilə çörək sexini qarət edən qız saxlanıldı

 10:44 15.04.2024     257

Rusiya polisi Moskva yaxınlığındakı Krasnoqorskda çörək sexinin kassasını soyaraq satıcını oyuncaq tapança ilə hədələyən əvvəllər məhkum olunmuş 24 yaşlı qızı saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "TASS"a Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Tatyana Petrova məlumat verib.

Polis şübhəlinin hərəkət marşrutunu müəyyən edib və onu yaşadığı ünvanda saxlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müəyyən maddəsi ilə cinayət işi başlanıb.

Humay İSGƏNDƏRLİ