İran raketlərinin yarısı hədəflərə çatmayıb
İranın İsrailə buraxdığı ballistik raketlərin təxminən 50 faizi havaya qalxa bilməyib və ya hədəflərinə çatmayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı adı açıqlanmayan amerikalı rəsminin sözlərinə istinadən məlumat yayıb.
“The Wall Street Journal” məlumatına görə, İran İsrailə 115-130 ballistik raket atıb. ABŞ rəsmiləri atılan raketlərin yalnız yarısının zərərsizləşdirildiyini, qalanlarının isə hədəfə çata bilmədiyini qeyd edib.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.