Tokayev Ermənistanda rəsmi səfərdədir

 10:57 15.04.2024     164

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana rəsmi səfərə gedib və bu ölkənin Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Qazaxıstan liderinin Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla da danışıqlar aparacağı planlaşdırılır.

Humay İSGƏNDƏRLİ