Ukrayna bu ölkələrdən minaya davamlı gəmi alacaq

 11:33 15.04.2024     208

Niderland və Belçika minaya davamlı üç gəmini Ukraynaya göndərmək üçün hazırlayır, onların ekipajları artıq təlim keçir. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat verib.

"Daha üç gəmi Niderland və Belçikadan Ukraynaya göndərilmək üçün hazırlanır. Ötən il London tərəfindən Kiyevə təhvil verilən iki minaaxtaran gəminin ekipajları NATO-dan birinci səviyyəli uyğunluq qiymətləndirməsi alıblar və bu il onlar daha yüksək, ikinci səviyyəli qiymətləndirmə alacaqlarına ümid edirlər ki, bu da onlara tapşırıqların bir hissəsi kimi yerinə yetirməyə imkan verəcək", - deyə o bildirib.

Humay İSGƏNDƏRLİ