Ermənistan silah üçün 300 milyon dollarlıq müqavilələr bağlayıb
Ermənistan Müdafiə Nazirliyi (MN) hərbi-sənaye kompleksi müəssisələri ilə 122 milyard dram (təxminən 312,8 milyon ABŞ dolları) dəyərində müqavilələr bağlayıb.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bunu yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, 25 müəssisəyə sifariş verilib.
O bildirib ki, bir neçə növ silah və idarəetmə sistemləri sınaqdan keçirilib: “Onlar yaxın gələcəkdə silah arsenalına daxil olacaq”.
M.Ayrapetyan qeyd edib ki, hərbi-sənaye kompleksi müəssisələri ilə ümumilikdə 46 müqavilə imzalanıb: “İlin sonuna kimi sifarişlərin ümumi məbləğinin 489,7 milyon dollara çatacağı gözlənilir”.