Rusiya telekanallarının yayımına qadağa qoyula bilər - Erməni nazir

 18:33 15.04.2024     184

Ermənistan Rusiya ilə kütləvi kommunikasiya sahəsində əməkdaşlıq sazişinə dəyişiklik olunmayacağı təqdirdə ölkədə rus telekanallarının yayımına qadağa qoya bilər.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan mətbuat konfransında deyib.

"Rusiya telekanallarını qadağan etmək istəmərik, lakin məzmuna görə məsuliyyətin olması üçün sazişə dəyişiklik etmək vacibdir", - o bildirib.

Nazirin sözlərinə görə, Ermənistan hökuməti müvafiq dəyişikliklərlə bağlı təklifi artıq bu həftə tamamlayıb Rusiyaya təqdim etməyə çalışacaq.

"Ümid edirik ki, rusiyalı həmkarlarımız təklifə müsbət cavab verəcək və sazişə dəyişiklik edəcəyik", - Ayrapetyan əlavə edib.