Belçika İsrailə hücumla bağlı İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı

 19:29 15.04.2024     237

Belçika Xarici İşlər Nazirliyi İsrailə hücumla bağlı İran səfirini nazirliyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatında deyilir.

“Belçika İran İslam Respublikasının səfirini çağırır və İranın İsrailə hücumunu qətiyyətlə pisləyir", - sənəddə deyilir.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər ataraq bunu çoxsaylı cinayətlərə, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücuma cavab adlandırıb. İran dövlət mediası İsrailə hücumların hərbi hədəfləri hədəf aldığını bildirib. İsrail Müdafiə Qüvvələri yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni tutduqlarını və Nevatim aviabazasına cüzi ziyan dəydiyini bildirib.

Turan İSMAYIL