"ABŞ Qəzzada atəşkəs razılaşmasına nail olmaq istəyir" - Bayden
"Birləşmiş Ştatlar Administrasiyası Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə və münaqişənin genişlənməsinin qarşısını alacaq atəşkəsə nail olmaq öhdəliyinə sadiqdir".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlardan əvvəl bildirib.
"Birləşmiş Ştatlar girovları evlərinə qaytaracaq və münaqişənin mövcud olduğundan daha genişlənməsinin qarşısını alacaq atəşkəsə nail olmaq öhdəliyinə sadiqdir".
Yusif EYVAZLI