Polşanın aldığı bu təyyarələr böyük problemlər yaradıb
Polşanın aldığı Cənubi Koreyanın FA-50 döyüş təlim təyyarələri ölkə silahlı qüvvələri üçün böyük problemlər yaradıb.
Redaktor.az xəbər verir ki, bu barədə onet.pl portalı məlumat yayıb.
Nəşr aydınlaşdırıb ki, Varşavanın 48 FA-50 qırıcısı alması ilə bağlı müqaviləni keçmiş müdafiə naziri Mariuş Blaşçak 2022-ci ilin payızında imzalayıb. Amma sənəddə lazımi silah, ehtiyat hissələri və təlim avadanlıqlarının alınması nəzərdə tutulmayıb.
“Nazir Blaszczak sürətli siyasi uğur istəyirdi və o, əldə etdi”, - məqalədə qeyd olunur.
Ancaq tələsik əldə etmənin nəticələri pilot hazırlığı ilə bağlı dramatik problemlər və döyüş maşınlarının gələcək istifadəsi üçün qeyri-müəyyən perspektivlər idi. Məsələn, Cənubi Koreyada FA-50-də uçmaq üçün səkkiz polşalı pilota təlim keçsə də, xarici təlimatçılar olmadan uçuşlar olduqca nadirdir.
Polşa Ordusunun Baş Qərargah rəisi, general Visslav Kukul nəşrə bildirib ki, onların (FA-50 - red. ) alınması üçün müqavilə elə tərtib edilib ki, bu gün bu çatışmazlıqların aradan qaldırılması üçün ciddi səylər tələb olunur.
Turan İSMAYIL