"Threads" Türkiyədə fəaliyyətini DAYANDIRACAQ

 21:40 15.04.2024     238

Türkiyədə "Threads" yerli hakimiyyət orqanlarının əmrinə əsasən, iki həftə ərzində fəaliyyəti dayandıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Türkiyənin rəqabət orqanının fikrincə, "Threads" və "Instagram" arasında "cross-platform" məlumat mübadiləsi ölkə qanunlarını poza və qaytarıla bilməyəcək ziyana səbəb ola bilər.

"Meta" hakimiyyətin qərarı ilə razılaşmadığını və sonrakı apellyasiya şikayətini açıqladı.

“Bu, "Facebook", "Instagram", "WhatsApp" və digər "Meta" xidmətlərinin Türkiyədə və ya digər ölkələrdə "Threads"in fəaliyyətinə heç bir şəkildə təsir etməyəcək”, - deyə şirkət aydınlaşdırıb.

Yusif EYVAZLI