ABŞ Belarusa qarşı sanksiya siyahısına daha 22 şəxsi əlavə etdi

 21:53 15.04.2024     210

ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı sanksiyalar siyahısına 10 fiziki və 12 hüquqi şəxsi əlavə edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə maliyyə departamentinin yaydığı yazılı açıqlamada deyilir.

Qara siyahıya Belarus, Livan, Suriya, Slovakiya və İsveç vətəndaşları daxildir. Bundan əlavə, məhdudiyyətlər Kipr, Belarus, İraq, Çin, Slovakiya və Türkiyədən olan təşkilatlara təsir edib. Sanksiya siyahısına daxil edilməsi Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsini nəzərdə tutur. 

Yusif EYVAZLI