Hollandiya Sudana yardım üçün əlavə 10 milyon avro ayırdı

 22:08 15.04.2024     200

"Hollandiya Sudana humanitar yardım göstərmək üçün əlavə 10 milyon avro ayırır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Niderlandın Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq Naziri Lişe Şraynemaxer bildirib.

"Qırmızı Xaç unudulmuş böhran haqqında danışmaqda haqlıdır. Sudanda təxminən 18 milyon insan şiddətli aclıqdan əziyyət çəkir. Atəşkəs üçün beynəlxalq təzyiqi artırmağa davam etməyimiz vacibdir", - o qeyd edib.

Yusif EYVAZLI